İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdə yerləşən ABŞ hərbi bazasına qarşı həyata keçirilən əməliyyat zamanı mühüm hərbi obyektlərin məhv edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, İİKK-in verdiyi bəyanata görə, “qisas əməliyyatı”nın dördüncü mərhələsi çərçivəsində Quru Qoşunlarının bölmələri ABŞ ordusuna məxsus raket bazasına zərbə endirib. Bildirilib ki, həmin baza mülki şəxslərə qarşı hücumlar həyata keçirmək üçün istifadə olunurdu.
Açıqlamada bildirilir ki, əməliyyat nəticəsində ABŞ ordusuna məxsus iki HIMARS yaylım atəşli raket sistemi, eləcə də raketlərlə doldurulmuş sursat anbarları tamamilə məhv edilib.
ABŞ tərəfi hələlik İranın irəli sürdüyü bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Bizimyol.info






