Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana qarşı genişmiqyaslı hava əməliyyatını başa çatdırdı: Onlarla hədəf vuruldu
ABŞ İrana qarşı genişmiqyaslı hava əməliyyatını başa çatdırdı: Onlarla hədəf vuruldu

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hava zərbələri seriyasını başa çatdırıb. Əməliyyat zamanı ölkənin müxtəlif bölgələrində yerləşən onlarla hədəfin vurulduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücum imkanlarını zəiflətmək olub.

Mərkəzi Komandanlığın açıqlamasında qeyd edilir ki, hücumlar zamanı yüksək dəqiqlikli sursatlardan istifadə olunub. ABŞ ordusu qırıcı təyyarələr, hərbi gəmilər və pilotsuz uçuş aparatlarının iştirakı ilə İranın hava hücumundan müdafiə (HHM) sistemlərini, sahil radarlarını və hərbi katerlərini hədəfə alıb.

Bundan əvvəl CNN telekanalı ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadən zərbələrin bir neçə saat davam etdiyini bildirmişdi. Məlumata görə, bu əməliyyat ABŞ ordusunun son dövrlərdə həyata keçirdiyi digər zərbə dalğaları ilə müqayisədə daha uzun sürüb.

Mərkəzi Komandanlığın açıqlamasına əsasən, hücum saat 17:00-da (01:00) başlayıb və daha sonra uğurla başa çatdırılıb.

Vaşinqton zərbələrin əsas məqsədinin İranın regionda və xüsusilə Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı mümkün hücum imkanlarını məhdudlaşdırmaq olduğunu bildirir. İran tərəfinin əməliyyatın nəticələri ilə bağlı mövqeyi hələlik açıqlanmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »