Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana qarşı hücumda ilk dəfə dəniz dronlarından istifadə edib
ABŞ İrana qarşı hücumda ilk dəfə dəniz dronlarından istifadə edib

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi son hücum zamanı ilk dəfə olaraq zərbə endirmək qabiliyyətinə malik dəniz dronlarından istifadə edib.

Bizimyol.info xəbər verir ki, u barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirilir ki, əməliyyat zamanı ABŞ ordusu yalnız pilotsuz uçuş aparatlarından deyil, həm də ilk dəfə zərbə xarakterli dəniz dronlarından istifadə edib.

Bununla belə, dəniz dronlarının hansı miqyasda tətbiq olunduğu və onların zərbələrinin effektivliyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Mərkəzi Komandanlığın açıqlamasında, həmçinin, İranın Hörmüz boğazına nəzarət etmədiyini bir daha iddia edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »