Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İİKK ABŞ-ın İordaniya və Bəhreyndəki hərbi bazalarını vurdu: “Qisas əməliyyatı davam edir”
İİKK ABŞ-ın İordaniya və Bəhreyndəki hərbi bazalarını vurdu: “Qisas əməliyyatı davam edir”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İordaniya və Bəhreyndə yerləşən hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İİKK-un yaydığı məlumata görə, ilk hücum İordaniyada yerləşən ABŞ hərbi hava bazasına qarşı həyata keçirilib. Bildirilib ki, raket və PUA zərbələri nəticəsində bazadakı sursat anbarları və yanacaq çənləri alovlanıb.

Qurum vurğulayıb ki, İordaniyaya endirilən zərbələr “qisas əməliyyatı”nın yalnız ilk mərhələsi olub və əməliyyat hələ də davam edir.

Bundan sonra İİKK ABŞ-ın Bəhreyndə yerləşən Şeyx İsa hərbi hava bazasına da uğurlu zərbələr endirdiyini bəyan edib.

İranın Fars agentliyinin yaydığı məlumata əsasən, İİKK Hərbi Hava Qüvvələri “qisas əməliyyatı”nın ikinci mərhələsi çərçivəsində bazada yerləşən helikopterlərin təmir və texniki xidmət mərkəzlərini, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8" patrul təyyarəsinin anqarını, eləcə də ABŞ ordusunun pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzini məhv edib.

ABŞ və Bəhreyn rəsmiləri hələlik İİKK-ın irəli sürdüyü iddialarla bağlı rəsmi açıqlama verməyiblər. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »