Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Oman sahillərində 11 vətəndaşının olduğu gəmiyə hücumu pisləyib
Hindistan Oman sahillərində 11 vətəndaşının olduğu gəmiyə hücumu pisləyib

Hindistan Oman sahillərində göyərtəsində 11 hindistanlının olduğu kommersiya gəmisinə edilən hücumu pisləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu gün Oman sahillərində "GFS Galaxy" kommersiya gəmisinə edilən hücumu qətiyyətlə pisləyirik. Göyərtədə olan 11 Hindistan vətəndaşından 10-u xilas edilib, biri isə itkin düşüb”, - deyə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirlik bildirib ki, Hindistanın Omandakı səfirliyi vəziyyəti izləyir və axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsi üçün Oman hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə çalışır.

Cənubi Asiya ölkəsinin Xarici İşlər Nazirliyi vurğulayıb ki, regionda kommersiya gəmilərinə qarşı davam edən insidentlər ciddi narahatlıq doğurur.

“Biz bir daha gərginliyin dərhal azaldılmasına və diplomatik həll yolunun tapılması məqsədilə davam edən danışıqların başa çatdırılmasına çağırırıq ki, Yaxın Şərqdə sülh və sabitlik bərpa olunsun”, - deyə nazirlik bildirib.

Hindistan tərəfi həmçinin regionda kommersiya gəmilərinə və mülki infrastruktura qarşı hücumların dayandırılmasının, eləcə də beynəlxalq hüquqa uyğun olaraq azad gəmiçilik və ticarətin mümkün qədər tez bərpa edilməsinin vacibliyini qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »