Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İsrailin İranla yeni qarşıdurmaya qoşulmasını istəmir
ABŞ İsrailin İranla yeni qarşıdurmaya qoşulmasını istəmir

ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrailin İranla mümkün yeni hərbi qarşıdurmaya qoşulmasını istəmir.

Bizimyol.info xəbər verir ki, CNN telekanalının iki israilli mənbəyə istinadən yaydığı məlumata görə, Vaşinqton münaqişənin gedişinə nəzarəti itirmək riskindən narahatdır.

Mənbələrdən birinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın mümkün zərbələrinə qoşulmaq niyyətindədir. Lakin hazırda Ağ ev İsrailin hərbi əməliyyatlara cəlb olunmasına qarşı çıxır. ABŞ administrasiyası bu məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.

Bununla yanaşı, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl bildirib ki, zərurət yaranacağı təqdirdə İsrail Müdafiə Ordusu İrana qarşı hərbi əməliyyatları müstəqil şəkildə bərpa etməyə hazırdır.

CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, İsraildə hesab edirlər ki, Donald Tramp İranla genişmiqyaslı müharibənin yenidən başlamasında maraqlı deyil. Mənbənin iddiasına əsasən, Vaşinqtonun razılaşa biləcəyi ən sərt addım İran limanlarına qarşı dəniz blokadasının bərpası ola bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »