Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko İndoneziyaya Avropa ilə əməkdaşlığı Belarus vasitəsilə qurmağı təklif edib
Lukaşenko İndoneziyaya Avropa ilə əməkdaşlığı Belarus vasitəsilə qurmağı təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko İndoneziya lideri Prabovo Subianto ilə aparılan danışıqlarda Belarus ərazisindən Avropa ilə əməkdaşlığın qurulmasının sərfəli olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Lukaşenkonun mətbuat xidmətinə yaxın “Perviy Puly” Telegram kanalının yaydığı məlumatda bildirilib.

“Qeyd etmək istəyirəm ki, Belarus Avropanın mərkəzi dövləti hesab olunur. Məhz Belarusda Avropanın coğrafi mərkəzi yerləşir. Siz də anlayırsınız ki, La-Manş və Ural dağları arasında Belarus mərkəzdir. Siz hər zaman bizə arxalana bilərsiniz,” — deyə Lukaşenko bildirib.

“Belarus ərazisindən Avropada fəaliyyət göstərə bilərsiniz və biz bu işdə sizə hər cür dəstək göstərəcəyik,” — deyə Belarus prezidenti əlavə edib.

Lukaşenkonun İndoneziyaya səfərinin ikinci günündə tərəflər dar və geniş tərkibdə əməkdaşlıq məsələlərini müzakirə edirlər. Danışıqların sonunda iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2030-cu ilə qədər əsas əməkdaşlıq istiqamətlərinin inkişafına dair yol xəritəsinin imzalanması planlaşdırılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »