Futbol üzrə ABŞ, Meksika və Kanadada keçirilən Dünya Çempionatında pley-off oyunları başlayıb. Qrup mərhələsindən sonra 16 komanda evə qayıtmalı olub. Pley off mərhələsində 32 komanda mübarizəni davam etdirirdi. Cənubi Afrika Respublikası Kanada ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq evə yollanan 17-ci komanda adını qazanıb.
Bizimyol.info xəbər verir ki, qrup mərhələsində daha çox Asiya təmsilçiləri etimadı doğrultmayıb. Dünya Çempionatının final mərhələsində oynamaq hüququ qazanan 9 komandadan 7-si ilk vəzifənin öhdəsindən gələ bilməyib. Yalnız Yaponiya və Avstraliya oynadığı qrupda ikinci yeri tutmağı bacarıb.
Avropalılar yenə güclüdür. Köhnə qitəyə 16 vəsiqə verilmişdi. Yeri gəlmişkən, bu, ciddi narazılığa səbəb olmuşdu. Hesab edilirdi ki, Avropa daha çox təmsilçiyə layiqdir. Necə də olmasa, İtaliya mundialdan kənarda qalıb. Dünya Çempionatının gedişatı da göstərir ki, Avropa burada daha çox komanda ilə təmsil oluna bilərdi. Çünki 16 təmsilçidən 13-ü pley-offa vəsiqə qazanıb.
Afrikalılar hamını təəccübləndirir. Düzdür, Cənubi Afrika Respublikası mübarizəni dayandırıb. Amma ümumilikdə 10 təmsilçidən 9-nun mərhələ adladığını unutmaq olmaz. Yalnız Tunis istəyinə çatmayıb.
Belə görünür ki, ABŞ, Meksika və Kanada meydan sahibi olmasaydı, Şimali Amerika pley-off mərhələsində daha az komanda ilə təmsil olunacaqdı. Çünki meydan sahiblərinin qarşısına çempionluğa iddialı rəqiblər çıxmayıb. Digər təmsilçilər – Haiti, Panama və Kurasao zəif çıxış edib. Yalnız axırıncı komanda qrup mərhələsində xal qazanmağı bacarıb.
Cənubi Amerika öz ampluasındadır. 6 təmsilçidən 5-i mübarizəni davam etdirir. İlk vəzifənin öhdəsindən gələ bilməyən Uruqvay daha çox özünü qınamalıdır. Bir də ola bilsin ki, qapıçı Fernando Musleranı. Onun səhvləri üzündən vacib məqamlarda qollar buraxıldı. Uruqvay da növbəti mərhələyə layiq idi.
Okeaniyanın yeganə təmsilçisi olan Yeni Zelandiya haqqında pis fikir demək olmur. Mərhələ adlamaq mümkün idi. Alınmasa da, yenə Okeaniyaya bir vəsiqə vermək yaxşı ideyadır.
Aytən, Bizimyol.info






