Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo dünya çempionatında komandanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra ölüm təhdidləri almağa başlayıb.
Mətbuat xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək mütəxəssisi hədələyib. Həmin şəxs Cənubi Koreyaya qayıtdıqdan sonra baş məşqçini hava limanında öldürmək niyyətində olduğunu yazıb.
Məlumata görə, Cənubi Koreya polisi ölüm təhdidləri ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları Hon Myon Bonun olacağı bir neçə məkanda, o cümlədən hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib. Təhdidi səsləndirən şəxsin axtarışları davam etdirilir.(azərtac)






