İranla Qətər bu ölkəyə məxsus, Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollar həcmində aktivlərin 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian məlumat verib.
İran prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, əldə olunmuş razılaşmaya əsasən, Qətərdə saxlanılan İran vəsaitlərinin ümumi 12 milyard dollarından 6 milyard dolların bloku açılacaq və ölkəyə qaytarılacaq. Qalan məbləğin də geri qaytarılması istiqamətində zəruri işlər davam etdirilir.
Qeyd edək ki, iyunun 20-də "The Wall Street Journal" qəzeti ABŞ və Qətərin İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyini yazmışdı. Nəşrin məlumatına görə, ilkin mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitə çıxış əldə edə bilər.
Bizimyol.info






