Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro venesuelalılara Müqəddəs Kitabdan sitatla müraciət edib
Maduro venesuelalılara Müqəddəs Kitabdan sitatla müraciət edib

Venesuela prezidenti Nikolas Maduro ABŞ-da məhkəməsini gözlədiyi bir vaxtda ölkədə iki güclü zəlzələdən zərər çəkən vətəndaşlara müqəddəs kitabdan sitat gətirərək müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Maduro xalqa ünvanladığı mesajda həyat yoldaşı Siliya Floreslə birlikdə həlak olanlar, yaralananlar və itkin düşənlər üçün dua etdiyini bildirib.

“Biz Siliya ilə birlikdə ölənlər, yaralananlar, itkin düşənlər, onların ailələri və hər dəqiqə həyat xilas etmək üçün mübarizə aparan bütün insanlar üçün dualar edirik”, – deyə Maduro bildirib.

O, həmçinin müqəddəs kitab İncilin 25-ci fəslindən sitat gətirib: “Biz səni nə zaman xəstə və ya həbsdə görüb yanına gəldik? Kral cavab verəcək: doğrusunu deyirəm, siz bunu ən kiçik qardaşlarımdan birinə etdinizsə, mənə etmiş oldunuz”.

Venesuelada baş verən zəlzələ çərşənbə axşamı axşam saatlarında qeydə alınıb. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentri Yarakuy əyalətində bir-birinə 10 kilometr məsafədə yerləşib.

Ölkə rəsmiləri hadisə nəticəsində 1400-dən çox insanın öldüyünü, minlərlə vətəndaşın yaralandığını və dağıntılar altında qaldığını açıqlayıb. Zəlzələ nəticəsində binalar dağılıb, Karakasdakı Mayketiya beynəlxalq hava limanı bağlanıb, metro və dəmir yolu xətləri fəaliyyətini dayandırıb.

Eyni zamanda ABŞ-ın Venesuelaya qarşı keçirdiyi əməliyyatlar və Maduro ilə həyat yoldaşının saxlanılması ilə bağlı iddialar da gündəmdədir. Bildirilir ki, onlar narkotik ticarətində iştirak ittihamı ilə federal məhkəməyə çıxarılıblar və ittihamları qəbul etməyiblər. Venesuelada prezident səlahiyyətlərini hazırda Delsi Rodriqes icra edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »