Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məcburiyyətlə öyrədilən tarixin ömrü qısa olur” – Əli Orucov
“Məcburiyyətlə öyrədilən tarixin ömrü qısa olur” – Əli Orucov

Rusiyada ukraynalı hərbi əsirlərə Vladimir Medinskiyə bağlı Rusiya Hərbi Tarix Cəmiyyətinin hazırladığı tarix dərslikləri və “Banderaçıların vəhşilikləri” barədə materialların verildiyi bildirilir.

Məlumata görə, əsirlərdən bu mətnləri oxumaları və məzmunla bağlı suallara cavab vermələri tələb olunur.

Bu yanaşma Rusiya tarixinin rəsmi interpretasiyasını gücləndirməyə yönəlmiş təbliğat elementi kimi təqdim edilir. Eyni zamanda 2023-cü ildən tətbiq olunan vahid tarix dərsliklərində Putin dövrü, SSRİ-nin dağılması və Ukrayna ilə bağlı hadisələr xüsusi ideoloji çərçivədə izah olunur.

  • Sizcə, əsir düşən şəxslərə bu cür ideoloji məzmunun öyrədilməsi beynəlxalq hüquq və müharibə qaydalarına uyğun sayılırmı?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarına və ona əlavə edilmiş protokolların tələblərinə görə hərbi əsirlərə qarşı qeyri-insani hərəkərlətlər, onların şəxsiyyətlərinin alçaldılması, işgəncələr və ləyaqəti aşağılayan rəftar qəti şəkildə qadağan edilir.

O deyib: “3-cü Cenevrə Konvensiyası ümumilikdə hərbi əsirlərə və hərbi əsirlərlə rəftara həsr olunub. Rusiya da daxil olmaqla 193 ölkə həmin konvensiyalara qoşulub. Lakin Rusiya tərəfi başqa beynəlxalq sənədlər kimi, bu sənədlərə də məhəl qoymayır. Ukraynalı hərbi əsrlərə qarşı vəhşiliklər edilir, ağır işgəncələr verilir, qətlə yetirilirlər. Bir çox hallarda mülki şəxslər də eyni əməllərlə üzləşirlər.

Beynəlxalq hüquq müharibəni qadağan etmir lakin müharibənin də normaları tənzimlənir. Bunlara əməl etməyənlər cinayət məsuliyyəti daşıyır və bu cinayətlər də ağır ən cinayətlər kateqoriyasına daxil edilir".

Politoloq bildirib ki, Rusiya tərəfinə əsir düşən ukraynalıların məcburi surətdə hansısa təlimlərə cəlb edilməsi yolverilməzdir.

Politoloqun fikrincə, Kreml tarix dərsliklərini dəyişməklə başqa xalqların tarixini saxtalaşdıra bilməz: " On illərlə Rusiya buna çalışıb, ancaq istədiyinə nail ola bilməyib. Kreml humanitar qaydalara heç vaxt əhəmiyyət verməyib. Onların tarixləri də məhz rus imperializminə və rus şovinizmə köklənib. Tam siyasiləşdirilib. Ona görə də məcburiyyətlə öyrədilən tarixin ömrü çox qısa olur".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »