Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güneyli siyasi şərhçi Maşallah Rəzmi müharibənin nəticələrini açıqladı: "İran təslim olmadı" - Video
Güneyli siyasi şərhçi Maşallah Rəzmi müharibənin nəticələrini açıqladı: "İran təslim olmadı" - Video

“İranla ABŞ arasında memorandumun imzalanması İslam Respublikası üçün mühüm siyasi uğur kimi qiymətləndirilir. Çünki ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayarkən əsas məqsədlərdən biri İslam Respublikasında hakimiyyət dəyişikliyinə nail olmaq idi. Lakin İran müqavimət göstərdi və bu plan baş tutmadı”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Güneyli siyasi şərhçi Maşallah Rəzmi səsləndirib. Onun sözlərinə görə, müharibənin gedişində ABŞ prezidenti Donald Tramp dəfələrlə İranın təslim olmalı və Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməli olduğunu bildirib. İran isə bu tələbləri qəbul etməyib. Təxminən 40 gün davam edən qarşıdurmadan sonra tərəflər atəşkəsə razılaşıblar.

Maşallah Rəzmi Maşallah Rəzmi

Maşallah Rəzmi hesab edir ki, ABŞ və İsrail qarşıya qoyduqları əsas siyasi hədəflərə çata bilməyiblər.

“İslam Respublikası hakimiyyətdə qaldı və təslim olmadı. Bu baxımdan qələbə İran tərəfinin hesab olunur”, – deyə o bildirib.

Bununla belə, şərhçi vurğulayıb ki, müharibənin ən ağır nəticələri İran xalqının üzərinə düşüb. Onun sözlərinə görə, ölkə ərazisində 39 minə yaxın məntəqə bombalanıb, minlərlə insan həlak olub, milyonlarla vətəndaş işsiz qalıb. Körpülər, zavodlar və başqa infrastruktur obyektləri ciddi zərər görüb. Nəticədə İran iqtisadiyyatı böyük itkilərlə üzləşib.

“Amerika və İsrail məqsədlərinə çata bilmədi. Amma bu müharibədə ən böyük zərəri İran xalqı gördü”, – deyə Rəzmi qeyd edib.

Şərhçinin fikrincə, İran xalqının böyük hissəsi indiki idarəetmə sistemindən narazıdır.

Rəzmi hesab edir ki, əhalinin əksəriyyəti hakimiyyət dəyişikliyi arzulayır. Bununla yanaşı, İslam Respublikasını dəstəkləyən təbəqənin də olduğunu bildirən Rəzmi deyir ki, həmin qrup hakimiyyətin yaratdığı imkanlardan faydalanır.

“İran və ABŞ arasında əldə olunan razılaşmanın siyasi nəticələri hakimiyyət üçün müsbət görünə bilər. Amma bunun əsas yükünü və nəticələrini yenə də İran xalqı daşıyır”, – deyə Maşallah Rəzmi vurğulayıb.

Maşallah Rəzminin videomüsahibəsini Bizimyol.info xəbər portalının rəsmi Youtube səhifəsində izləmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »