Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Etməsə, biz edəcəyik” - Zelenski Lukaşenkoya ultimatum verdi
“Etməsə, biz edəcəyik” - Zelenski Lukaşenkoya ultimatum verdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Belarus lideri Aleksandr Lukaşenkonin ölkə ərazisindən Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi texnikanı çıxarmaq üçün bir həftə vaxtı var. O vurğulayıb ki, əgər bu baş verməsə, Ukrayna özü tədbir görəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna ilə həmsərhəd olan Belarusun iki bölgəsində Rusiya işğalçılarının Ukraynanın mülki əhalisinə qarşı hücumlar zamanı hədəf koordinasiyası üçün istifadə etdiyi retranslyasiya stansiyaları yerləşir.

“Onun (Lukaşenkonun) müharibədə iştirak etmək istəmədiyini deməsinin nə mənası var? Qoy bu texnikanı çıxarsın, qoy onu söndürsün. Düşünürəm ki, bunu etmək üçün bir həftə kifayətdir. Əgər o bunu etməsə, biz edəcəyik”, — deyə Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Prezident Belarusun neft emalı sənayesinə də toxunaraq bildirib ki, bu sahə Moskvanın əsas təchizatçılarından birinə çevrilib və Lukaşenko bunu dayandıra bilər.

“Bu gün o, Rusiya ordusunun əsas təchizatçılarından biridir. Məhz Lukaşenko, məhz Belarus. Bunu dayandırmaq mümkündürmü? Mən əminəm ki, bu, onun gücü daxilindədir. Və buna məhz o nəzarət edir”, — Ukrayna lideri vurğulayıb.

Bundan əvvəl "The Guardian" nəşri Vladimir Putinin Belarusdan necə istifadə etmək istədiyini açıqlayıb. Kiyevdə hesab edirlər ki, Moskva bu ölkədən Ukrayna və Avropaya təzyiqləri artırmaq üçün platforma kimi yararlana bilər.

“Mən sabah hücum başlayacağını demirəm. Sadəcə fərqli mənzərə görürəm. Lukaşenkonun müharibəyə hazırlaşdığı qənaətinə gəlməyə əsas verən hadisələr silsiləsi müşahidə olunur”, - deyə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba qeyd edib.

O bildirilib ki, Belarus Rusiya silahları üçün mühüm komponentlər tədarük edir. Silah istehsalçısı şirkətin rəhbəri Anatoli Xrapçinski qeyd edib ki, əsas təhlükə üçüncü ölkələr vasitəsilə həyata keçirilən dolayı tədarüklər deyil, Rusiyanın və onun müttəfiqlərinin öz istehsal imkanlarıdır.

“Belarus əvvəllər həmin məhsulların üzərində qeyd olunan məlumatların tətbiqi imkanını qoruyub saxlaya bilərdi. Yəni mikrocip Belarusda istehsal oluna bilər, amma üzərində, məsələn, Tayvanda istehsal edildiyi göstərilə bilər”, — deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »