Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kartı bloklanan vətəndaş nə etməlidir?
Kartı bloklanan vətəndaş nə etməlidir?

Bankların müştəri kartlarını tez-tez bloklaması halları getdikcə artır. Banklar bunu təhlükəsizlik məqsədi ilə izah etsələr də, digər tərəfdən müştərilərin kartlarına məhdudiyyət qoyulması onların çətin vəziyyətə düşməsinə səbəb olur. Belə hallar vətəndaşların narazılığına səbəb olur.

  • Bankların vətəndaşların kartlarını uzun müddət bloklaması hüquqi olaraq düzgündür?
  • Əslində ən tez halda bu məsələ necə həll olunmalıdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hər bankın təhlükəsizlik üzrə təhlükəsizliyi təlimatları var: “Bir qayda olaraq, banklar kart üzrə hər hansı şübhəli əməliyyat aşkar etdikdə kartı bloklayırlar. Bu, birdən-birə böyük məbləğdə əməliyyat, qeyri-adi yerdən sifariş və ya xırda-xırda, lakin daimi ödənişlər olduqda baş verə bilər. Hər bankın təhlükəsizlik üzrə təhlükəsizliyi təlimatları var və əksər hallarda bu proses bank işçiləri tərəfindən deyil, sistem tərəfindən avtomatik həyata keçirilir. Çünki bank əməkdaşlarının hər bir əməliyyatı ayrı-ayrılıqda izləməsi mümkün deyil. Bu, ümumilikdə dünyada geniş yayılmış praktikadır. Azərbaycanda bunun nə dərəcədə tez-tez baş verdiyini dəqiq deyə bilmərəm, mən də bank müştərisi kimi belə hallarla çox nadir hallarda üzləşmişəm”.

Əkrəm Həsənov deyib: “Əvvəla, hesab edirəm ki, bu lazımlı bir prosesdir. Bir tərəfdən deyirik ki, kartlarımızdan pullar oğurlanır, bu məhz həmin halların qarşısının alınması üçündür. Bank əgər ehtimal edirsə ki, müştəri pulu özü istifadə etmir və əməliyyat kənar müdaxilə ilə aparılır, kartı bloklayır. Bu, hal ona görə yaxşıdır ki, kimsə kartdan pul oğurlamasın”.

Əkrəm Həsənov əlavə edib: “Uzunmüddətli yox, bir neçə saat, maksimum 1 gün ərzində araşdırma aparılır. Müştəri zəng edib bildirirsə ki, əməliyyatı özü edir, bu qədər bitdi. Əks halda bank qanunsuzluq edir. Bu, müştərinin hüquqlarının pozulması deməkdir. Mənə məlum deyil niyə belə hallar olur. Müştəri belə hallarda Mərkəzi Banka şikayət etməlidir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »