Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rutte ABŞ-ın Avropadakı qoşunlarını “dərhal” azaltmaq planlarını təsdiqlədi
Rutte ABŞ-ın Avropadakı qoşunlarını “dərhal” azaltmaq planlarını təsdiqlədi

Mark Rutte bildirib ki, ABŞ-ın Avropadakı hərbi kontingentinin sayının azaldılması prosesi “dərhal” başlayacaq. Bununla yanaşı, o, müharibə halında Vaşinqtonun Avropa İttifaqının müdafiəsi üçün “maksimum səylə” hərəkət edəcəyinə ümid etdiyini deyib.

Bizimyol.info xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bunu NATO müdafiə nazirlərinin planlaşdırılan görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Qəti şəkildə anlamaq lazımdır ki, NATO qüvvələrinin konfiqurasiyası planlaşdırma alətidir. ABŞ-ın açıqladığı məsələ ilə bağlı NATO-da da əvvəldən məlumat var idi. Çünki ABŞ bir çox istiqamətlərdə fəaliyyət göstərməlidir və öz resurslarını həddindən artıq bölməməlidir. Daha əvvəl də bəyan edilmişdi ki, onlar NATO qüvvələrinin konfiqurasiyasında Avropada iştiraklarını müəyyən qədər azaldacaqlar. Dünən Fransada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində verilən sual bu addımın dərhal atılıb-atılmayacağı idi. Bəli, bu, dərhal baş verəcək”, — deyə o qeyd edib.

Rutte əlavə edib ki, “əgər reallıqda müharibə başlasa və NATO-nun 5-ci maddəsi işə salınsa”, o zaman “ABŞ daxil olmaqla bütün NATO ölkələri alyansın müharibə aparmaq qabiliyyətini təmin etmək üçün mümkün olan maksimumu edəcəklər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »