Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin ədliyyə naziri Avropa Parlamentinin ona qarşı sanksiya tələbini “siyasiləşdirilmiş” adlandırdı
Türkiyənin ədliyyə naziri Avropa Parlamentinin ona qarşı sanksiya tələbini “siyasiləşdirilmiş” adlandırdı

Türkiyənin ədliyyə naziri Akın Gürlek Avropa Parlamentində 17 iyunda səsverməyə çıxarılacaq Türkiyə ilə bağlı hesabatı siyasi motivli adlandırıb. Həmin sənəddə insan hüquqları pozuntuları səbəbilə onun sanksiya siyahısına salınması tələb olunur.

Bizimyol.info xəbər verir ki, Türkiyə mediası T24-ün Avropa Parlamentinin sloveniyaalı deputatı və məruzəçisi Vladimir Prebiliçə istinadən yaydığı məlumata görə, hesabat layihəsinə Türkiyə ədliyyə nazirinə qarşı aktivlərin dondurulması daxil olmaqla sanksiya tətbiqi tələbi də əlavə edilib. Bu, əsasən 2024-cü ilin martında həbs edilən İstanbul meri Əkrəm İmamoğlu ilə bağlı “siyasi motivli məhkəmə prosesi” iddiaları ilə əlaqələndirilir.

Nazir Akın Gürlek "X" sosial şəbəkəsində yazıb ki, Türkiyənin məhkəmə institutlarını hədəfə alan bu cür mətnlər ölkənin milli iradəsinə və suveren hüquqlarına qarşı “boş cəhd”dir. Onun sözlərinə görə, Avropa Parlamentində bəzi dairələr tərəfindən dəstəklənən bu siyasi yanaşma həmin institutlara olan etimadı sarsıdır.

Gürlek vurğulayıb ki, Türkiyə üçün əsas olan xalqın vicdanı və müstəqil məhkəmələrin qərarlarıdır.

Avropa Parlamentinin məruzəçisi Vladimir Prebiliç isə T24-ə bildirib ki, hesabat tövsiyə xarakterlidir və onun məzmunu Ankara tərəfinə əvvəlcədən bildirilib.

Qeyd edək ki, İstanbul meri və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əkrəm İmamoğlu korrupsiya ittihamları ilə üzləşib və ona qarşı 2352 ilə qədər həbs cəzası tələb oluna bilər. Onunla bağlı iş Akın Gürlekin İstanbul baş prokuroru olduğu dövrdə başlanıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »