28 fevralda ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində öldürüldüyü bildirilən Ayətullah Seyyid Əli Xamneyinin dəfn mərasiminin proqramı açıqlanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.
Bildirilib ki, Ayətullah Xamneyi və inqilab rəhbərliyinin ailə üzvlərinin dəfn edilməsi ilə bağlı, cənazə namazı və dəfn mərasimlərinin təşkili üçün yaradılan ali şuranın 3 nömrəli bəyanatı yayımlanıb.
Bəyanata əsasən, Məhərrəm ayının müxtəlif günlərinə təsadüf edən tarixlərdə Tehran, Qum və Məşhəd şəhərlərində vida və dəfn mərasimləri keçiriləcək.
Dəfn proqramı belədir:
- 4 iyul, şənbə və 5 iyul, bazar günü – Məhərrəm ayının 19 və 20-ci günlərinə təsadüf edir. Tehran şəhərindəki İmam Xomeyni (r.ə) Musallasında vida mərasimi keçiriləcək.
- 6 iyul, bazar ertəsi – Məhərrəm ayının 21-ci günü Tehranda cənazə mərasimi təşkil olunacaq.
- 7 iyul, çərşənbə axşamı – Məhərrəm ayının 22-ci günündə Qum şəhərində yola salma mərasimi baş tutacaq.
- 9 iyul, cümə axşamı – Məhərrəm ayının 24-cü günü, İmam Səccadın (ə.s) şəhadət gecəsində Məşhəd şəhərində cənazə mərasimi keçiriləcək və Şəhid Ayətullah Hamaneyin nəşi İmam Rzanın (ə) müqəddəs ziyarətgahında dəfn olunacaq.
Bəyanatda həmçinin dəfn mərasimlərində iştirak üçün çağırış edilib.
Bizimyol.info






