Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çeboksarıyada “Flamingo” raketləri metal “qəfəs”lə qorunan zavodu sıradan çıxardı – "Business Insider"
Çeboksarıyada “Flamingo” raketləri metal “qəfəs”lə qorunan zavodu sıradan çıxardı – "Business Insider"

Ukrayna qüvvələri Rusiyanın Çeboksarı şəhərində yerləşən müdafiə sənayesi müəssisəsinə raket zərbəsi endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Business Insider" peyk görüntüləri və açıq mənbələrə istinadən məlumat yayıb.

Hədəf Çuvaşiyada, cəbhə xəttindən 900 kilometrdən çox uzaqda yerləşən “Proqress” zavodu olub. Müəssisə Rusiya silah sistemləri üçün naviqasiya və elektron komponentlər istehsal edir.

Məlumata görə, zavod dron hücumlarından qorunmaq üçün metal torlar və “anti-dron qəfəsi” ilə örtülüb. Lakin bu müdafiə tədbirləri zərbənin qarşısını ala bilməyib və peyk görüntüləri müəssisədə ciddi dağıntılar olduğunu göstərib.

Bildirilib ki, hücum Ukraynanın istehsalı olan FP-5 “Flamingo” qanadlı raketləri ilə həyata keçirilib. Bu silahın döyüş şəraitində istifadə edildiyi ilk hallardan biri kimi qiymətləndirilir.

Məlumata əsasən, raketin uçuş məsafəsi 2900 kilometrdən çoxdur və bir tonadan artıq döyüş başlığı daşıya bilir.

Ukrayna tərəfinin iddiasına görə, “Proqress” zavodu Rusiya ordusunun yüksək dəqiqlikli silah sistemləri – o cümlədən “Şahed” dronları, “Kalibr” və “İskəndər” raketləri üçün vacib naviqasiya komponentləri istehsal edir.

Bildirilir ki, bu müəssisə ötən il ərzində də bir neçə dəfə hədəfə alınıb. Analitiklərin fikrincə, bu, Ukraynanın Rusiyanın hərbi təchizat zəncirini sistemli şəkildə zəiflətmək cəhdlərinin göstəricisidir.

Hərbi analitiklər həmçinin qeyd edirlər ki, Rusiyanın “anti-dron” müdafiə sistemlərini genişləndirməsi belə obyektlərin yeni nəsil silahlara qarşı həssaslığını tam aradan qaldıra bilmir.

Xatırladılır ki, iyunun 13-nə keçən gecə Krasnodar diyarının Temryuk rayonunda dron hücumu nəticəsində dəniz terminalında yanğın baş verib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bundan əlavə, iyunun 12-də Ukrayna pilotsuz sistemləri işğal altındakı Zaporojye bölgəsində Rusiya hərbçilərinin yerləşdiyi poliqona da zərbələr endirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »