Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marko Rubio Hindistan Xarici İşlər Nazirinə İran neftinin ixracına qarşı sərt mövqe bildirdi
Marko Rubio Hindistan Xarici İşlər Nazirinə İran neftinin ixracına qarşı sərt mövqe bildirdi

ABŞ Dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı Vaşinqtonun İran neftinin “qanunsuz daşınmasına” və İranın dəniz blokadasını pozmaq cəhdlərinə yol verməyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Hörmüz boğazında son günlər baş verən hadisələri müzakirə ediblər. Rubio vurğulayıb ki, bütün ticarət gəmiləri ABŞ silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyi təmin etmək məqsədilə verdiyi əmrlərə dərhal tabe olmalıdır.

Dövlət Departamentinin bəyanatına görə, ABŞ Dövlət katibi xüsusilə İran neftinin qanunsuz daşınması və Vaşinqtonun tətbiq etdiyi blokadanın pozulmasına heç bir halda icazə verilməyəcəyini diqqətə çatdırıb.

Son günlər Hörmüz boğazı yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinin fəaliyyət göstərdiyi ərazidə Hindistan vətəndaşlarının olduğu bir neçə ticarət gəmisinin hədəfə alındığı bildirilir. 8 iyun tarixində Oman sahilləri yaxınlığında Palao bayrağı altında üzən tankerin raket hücumuna məruz qalmasından sonra 24 hindistanlı dənizçi xilas edilib.

9 iyunda Oman körfəzində yenə Palao bayraqlı “Settebello” tankerinə hücum edilib. Gəmidə olan 24 hindistanlı heyətdən 21-i xilas olunub, 3 nəfər isə həlak olub.

11 iyunda isə Qvineya bayrağı altında üzən "MT Jalveer" adlı kommersiya gəmisinə hücum edildiyi, nəticədə yanğın baş verdiyi və 20 hindistanlı heyət üzvünün hamısının xilas olunduğu açıqlanıb.

Hindistan Xarici İşlər Nazirliyi ABŞ tərəfinə ticarət gəmilərinə hücumların qəbuledilməz olduğunu bildirib və ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miks nazirliyə çağırılaraq rəsmi etiraz təqdim edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »