Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livanda “Hizbullah” dronları İsrailin dörd tankını sıradan çıxarıb
Livanda “Hizbullah” dronları İsrailin dörd tankını sıradan çıxarıb

“Hizbullah” bölmələri Livanın cənubunda İsrail hərbi qüvvələrinə qarşı həyata keçirilən hücumlarda pilotsuz uçuş aparatlarından istifadə edib və nəticədə dörd zirehli texnikanın sıradan çıxarıldığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə qruplaşmanın Telegram kanalında yayılan açıqlamada qeyd olunur.

Bəyanata əsasən, “Ababil” tipli kamikadze dronlar Şqif bölgəsində yerləşən Yuxmur kəndində İsrail hərbi kolonnasına zərbələr endirib. Hücum nəticəsində iki "Merkava" tankı hədəfə alınaraq vurulub.

Hizbullahın iddiasına görə, daha iki zirehli texnika Məcdəl-Zun kəndi ətrafında sıradan çıxarılıb. Qruplaşma həmin ərazidə İsrail qüvvələrinin irəliləyişinin dayandırıldığını da bildirib.

12 iyun tarixində silahlı qruplaşmanın Livan ərazisində İsrail patrulları və hərbi mövqelərinə qarşı 15 ayrı hücum həyata keçirdiyi qeyd olunur. Hücumlarda idarəolunan raketlər, minaatanlar və pilotsuz uçuş aparatlarından istifadə edilib.

Ras ən-Nakura sərhəd bölgəsində İsrail qüvvələrinə məxsus qərargahın yerləşdiyi mehmanxana atəşə tutulub. Ayta əş-Şaab kəndində isə hərbi təchizat məntəqəsinə hücum edildiyi bildirilir.

Bundan əlavə, əməliyyatların Zautar əş-Şərqiyyə, Teyr-Hərfa, Şamaa, Əl-Qantara, Əl-Kouzah və Əl-Edeyssa kəndləri istiqamətində də həyata keçirildiyi qeyd olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »