İsrailin hakim “Likud” partiyası ABŞ Prezidenti Donald Trumpın Baş nazir Benyamin Netanyahunun siyasətdən mümkün gedişi ilə bağlı fikirlərinə münasibət bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Partiyanın yaydığı bəyanatda bildirilib.
“Baş nazir Netanyahu qarşıdakı seçkilərdə namizədliyini irəli sürəcək və Allahın köməyi ilə qalib gələcək”, - deyə qeyd olunub.
Bu reaksiya Trampın ABC telekanalına müsahibəsində səsləndirdiyi fikirlərdən sonra gəlib. ABŞ prezidenti Netanyahuya istinadən bildirib ki, onun siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələ açıq sual olaraq qalır.
“Bibinin siyasətlə məşğul olmağa və növbəti seçkilərdə iştirak etməyə davam etmək istəyib-istəmədiyi açıq qalmış məsələdir”, – deyə Tramp vurğulayıb.
“Likud” isə öz növbəsində Netanyahunun siyasi fəaliyyətini davam etdirdiyini və növbəti seçkilərdə iştirak etməyə hazırlaşdığını bəyan edib. Partiya rəhbərinin seçki yarışına qatılacağına dair mövqeyini bir daha təsdiqləyib.
Bizimyol.info






