Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehran ABŞ və İsraili diplomatik səyləri pozmaqda ittiham edib
Tehran ABŞ və İsraili diplomatik səyləri pozmaqda ittiham edib

İran ABŞ və İsraili diplomatik prosesə zərbə vurmaqda günahlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai gecə saatlarında İran ərazisinə endirilən zərbələrdən sonra açıqlama verib.

Onun sözlərinə görə, atəşkəs rejiminin davamlı şəkildə pozulduğu şəraitdə diplomatik səylərin irəliləməsi mümkün deyil. “Gecə baş verən hadisələrdən sonra Vaşinqtonla diplomatik yolu yenidən nəzərdən keçirməliyik. İstənilən diplomatik proses, ən azı, sabit mühit tələb edir”, — deyə Bəqai bildirib.

İran XİN rəsmisi Vaşinqtonu ziddiyyətli bəyanatlar verməkdə, mövqeyini dəyişməkdə və atəşkəs rejimini dəfələrlə pozmaqla diplomatiyaya mane olmaqda ittiham edib. Bundan əlavə, Tehran İsrailin Livandakı fəaliyyətlərinin də nizamlanma perspektivlərinə mənfi təsir göstərdiyini vurğulayıb.

Öz növbəsində, İsrail Livanın cənubunda “Hizbullah” tərəfindən yaranan təhlükəyə qarşı tədbirlər gördüyünü bəyan edir.

İsrail tərəfi hesab edir ki, qüvvədə olan atəşkəs razılaşmaları qruplaşmanın mümkün hücumlarının qarşısını almaq məqsədilə əməliyyatlar keçirməyə imkan verir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »