Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elnur Azadov: “Son 4-5 il ərzində qiymətlərin 70 faizə qədər artma səbəbi tikinti layihələrinin kəskin azalması oldu”
Elnur Azadov: “Son 4-5 il ərzində qiymətlərin 70 faizə qədər artma səbəbi tikinti layihələrinin kəskin azalması oldu”

Vətəndaş sosial media hesabında evlərin yüksək qiymətindən şikayətlənərək bildirib ki, Azərbaycanda mənzil almaq sərfəli deyil. O qeyd edib ki, 200 min manata Qaraçuxurda bina evi almaq əvəzinə, 218 min manata İtaliyanın Toskana regionunda möhtəşəm villa almaq mümkündür. Paylaşımında həmin villanın videogörüntüsünü də təqdim edib.

  • Doğrudanmı Avropada, xüsusən İtaliyada evlər Bakıya nisbətən daha ucuzdur?

Bu barədə Bizimyol.info xəbər portalına danışan əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlakın qiyməti bütün dünyada tələb və təklif əsasında formalaşır: “Azərbaycanı hər hansı bir Avropa ölkəsi ilə müqayisə etmək düzgün olmazdı. Çünki daşınmaz əmlakın qiyməti bütün dünyada tələb və təklif əsasında formalaşır. Bizdə son 4-5 il ərzində qiymətlərin 70 faizə qədər artmasının əsas səbəbi tikinti layihələrinin kəskin azalması oldu. Nəticədə tələb-təklif nisbəti ciddi şəkildə pozuldu, tikinti şirkətləri arasında rəqabət demək olar ki, sıfır səviyyəsinə düşdü. Şirkətlər də bundan istifadə edərək daşınmaz əmlakı normadan artıq qiymətlə bazara çıxarmağa başladılar”.

Elnur Azadov əlavə edib: “Hər hansı bir ölkədə isə təklif həddindən artıq çox, tələbat isə az ola bilər. Məsələn, qeyd edilən Toskanada bu hal mümkündür. Sözsüz ki, bu səbəbdən Azərbaycanla müqayisə apararkən istənilən ölkə və ya şəhərdə qiymətlər arasında ciddi fərq yarana bilər. Ümumiyyətlə, istər Avropa ölkələri, istərsə də dünyanın digər regionları ilə müqayisə zamanı ciddi qiymət fərqləri ortaya çıxa bilər”.

Günel Həsənova, Bizimuol.info

Son xəbərlər
Bütün xəbərlər »