Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın buraxdığı raket və PUA-ların demək olar hamısını zərərsizləşdirib
ABŞ İranın buraxdığı raket və PUA-ların demək olar hamısını zərərsizləşdirib

ABŞ silahlı qüvvələri İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının (PUA) demək olar ki, hamısını ələ keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranın ABŞ hərbi bazalarına yönəltdiyi ballistik raketlərin və dronların böyük əksəriyyətinin zərərsizləşdirilməsi ilkin qiymətləndirmənin nəticələri ilə təsdiqlənib.

Xəbər verdiyimiz kimi, daha əvvəl “Axios” portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ rəsmisinə istinadən yazmışdı ki, İran Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ bazalarına ən azı dörd ballistik raket və bir neçə PUA buraxıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »