Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio: "İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub"
Rubio: "İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub"

Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin sülh yolu ilə başa çatdırılması səyləri çərçivəsində mayın 21-i Tehrana səfər edəcəklər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

"Pakistanlılar bu gün İrana yola düşəcəklər. İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub... Bəzi yaxşı əlamətlər var", - o qeyd edib.

Lakin dövlət katibi vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib: "Yaxın bir neçə gün ərzində vəziyyət aydınlaşacaq".

Son xəbərlər
Bütün xəbərlər »