Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: ABŞ və İsrailin İrana qarşı təcavüzünün məqsədi İran-ərəb yaxınlaşmasını əngəlləməkdir
Lavrov: ABŞ və İsrailin İrana qarşı təcavüzünün məqsədi İran-ərəb yaxınlaşmasını əngəlləməkdir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi və siyasi təzyiqlərin əsas məqsədlərindən birinin Tehranla ərəb dövlətləri arasında son dövrlərdə müşahidə olunan yaxınlaşma prosesini pozmaq olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki,  Lavrov bu barədə “RT Arabic” telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, Vaşinqton və Təl-Əvivin siyasəti regionda münasibətlərin normallaşmasına yönəlmiş təşəbbüslərə mane olmağa hesablanıb.

“Bu avantürist addımın əsas məqsədlərindən biri, heç bir şübhəm yoxdur ki, artıq formalaşmağa başlayan prosesi – ərəb ölkələri ilə İran arasında yaxınlaşma və münasibətlərin normallaşması istiqamətindəki tendensiyanı dayandırmaq idi”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, söhbət təkcə İran və ərəb ölkələri arasında ikitərəfli münasibətlərin inkişafından getmir. O bildirib ki, region ölkələri son dövrlərdə həm Körfəz bölgəsinin, həm də ətraf ərazilərin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı fəal müzakirələr aparırdı.

Lavrov hesab edir ki, məhz bu proses müəyyən xarici gücləri narahat edib. Onun fikrincə, region dövlətlərinin qarşılıqlı anlaşma və dialoq əsasında yeni əməkdaşlıq modeli formalaşdırmaq cəhdləri Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə bilər.

Rusiya rəsmisi həmçinin bildirib ki, Moskva Yaxın Şərqdə gərginliyin artmasının əleyhinədir və bütün mübahisələrin diplomatik yollarla həllini dəstəkləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »