Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"FT": NATO üzrə ABŞ müttəfiqləri Vaşinqtonun alyansdakı hərbi rolunun azaldılması ilə bağlı aydınlıq gözləyir
"FT": NATO üzrə ABŞ müttəfiqləri Vaşinqtonun alyansdakı hərbi rolunun azaldılması ilə bağlı aydınlıq gözləyir

ABŞ-ın NATO üzrə Avropalı müttəfiqləri Vaşinqtonun alyansa hərbi töhfəsini hansı müddətdə və nə həcmdə azaltmağı planlaşdırdığına dair izahat tələb edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, adı açıqlanmayan avropalı rəsmilərdən biri: “Hələ də bu ixtisarların iki, üç, yoxsa beş ildən sonra baş verəcəyini bilmirik”, - deyə bildirib.

Digər Aİ nümayəndəsinin sözlərinə görə, amerikalı tərəfdaşlar Avropa ölkələrini sakitləşdirməyə çalışaraq bildiriblər ki, ixtisarların təsir edəcəyi bir çox imkanlar artıq Avropa ordularının sərəncamında mövcuddur, baxmayaraq ki, daha məhdud miqyasda.

Münhen Bundesver Universitetinin professoru, alman hərbi eksperti Karlo Masala isə "FT"yə açıqlamasında NATO-nun sürətli reaksiya qüvvələrinin azaldılmasını “ABŞ-ın artıq Avropanın müdafiəsinə əvvəlki qədər sadiq olmadığının siqnalı” adlandırıb.

Mayın sonunda Almaniyanın "Der Spiegel" jurnalı ABŞ-ın NATO fəaliyyətində iştirakını əhəmiyyətli dərəcədə azaltmağı, alyansın sərəncamına daha az döyüş bölməsi və hərbçi verməyi planlaşdırdığını yazmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »