Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Almaniyadan Patriot sistemləri üçün əlavə raketlər istəyib
Ukrayna Almaniyadan Patriot sistemləri üçün əlavə raketlər istəyib

Ukrayna bu il mövcud ehtiyatlardan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün onlarla əlavə raket-vericinin ölkəyə verilməsi xahişi ilə Almaniyaya müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Ukrayna gələcəkdə istehsal edilməsi gözlənilən Almaniyanın tutucu qurğular tədarükü müqabilində "Patriot" raketləri alacağı bir razılaşma təklif edib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Almaniya hökuməti Ukraynanın müraciətini nəzərdən keçirir və hələlik yekun qərar qəbul etməyib. Bununla belə, qərarın iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində və ya tədbir zamanı açıqlana biləcəyi bildirilir.

Hazırda Ukrayna "Patriot" raketlərinin tədarükü məsələsində əsasən ABŞ-dan asılı olaraq qalır. Mənbələrdən birinin sözlərinə görə, ABŞ, İsrail və İran arasında gərginlik Vaşinqtonun diqqətini Ukraynadakı müharibədən yayındırsa da, "Patriot" sistemləri üçün raket tədarükü plan üzrə davam edir.

Bununla yanaşı, mənbə qeyd edib ki, Rusiya ballistik raket istehsalını artırdığı və bu silahların imkanlarını təkmilləşdirdiyi üçün Ukrayna ciddi təzyiq altında qalır.

Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiqlərinə dəfələrlə əlavə "Patriot" raketləri göndərilməsi ilə bağlı müraciət edib. Lakin Avropa ölkələrinin ehtiyatlarının azalması bu tədarükləri getdikcə çətinləşdirir. Mənbələrdən biri bildirib ki, hazırda Avropa İttifaqında bu məsələdə əhəmiyyətli dəstək göstərə biləcək yeganə ölkə Almaniyadır.

Daha əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin kommunikasiya idarəsinin rəhbəri Yurii İqnat ölkədə hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının daim mövcud olduğunu demişdi. Onun sözlərinə görə, bunun əsas səbəbi bu raketlərin dünyada məhdud sayda istehsal edilməsidir.

Silahlanma üzrə ekspert və "Defense Express" nəşrinin baş redaktoru Oleq Katkov isə “Suspilne” telekanalının efirində bildirib ki, Ukraynanın Rusiyanın “Zirkon” hipersəs gəmiəleyhinə raketlərini vurmaq üçün "Patriot" zenit-raket komplekslərinə məxsus "PAC-3" tipli kifayət qədər raket-vericilərə ehtiyacı var. Onun sözlərinə görə, Rusiyanın son hücumu zamanı buraxılan 8 “Zirkon” raketindən heç biri məhv edilməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »