ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, yüzlərlə gəmi ABŞ Silahlı Qüvvələrinin Hörmüz Boğazından təhlükəsiz keçid təklifindən yararlanmağa hazırlaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə Pentaqon rəhbəri jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq iki amerikalı ticarət gəmisi ABŞ döyüş gəmilərinin müşayiəti ilə Hörmüz Boğazından keçib və “keçidin açıq olduğunu nümayiş etdirib”. “Hazırda dünyanın digər ölkələrindən yüzlərlə gəmi bu boğazdan keçməyə hazırlaşır”, – deyə o qeyd edib.
Bizimyol.info






