ABŞ Prezidenti Donald Tramp bildirib ki, Milli Paytaxt Planlaşdırma Komissiyası Vaşinqtonda Böyük Triumf Qapısının tikintisini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.
“Milli Paytaxt Planlaşdırma Komissiyasına dərin təşəkkürümüzü bildiririk – komissiya 8 səs lehinə, 1 səs əleyhinə olmaqla Arlinqton Memorial Körpüsünün yaxınlığında yerləşəcək Böyük Triumf Qapısının tikintisini təsdiqlədi. Bu abidə artıq 200 ildən çoxdur gözlənilirdi,” – deyə o qeyd edib.
Tramp əlavə edib ki, onun fikrincə, tikinti başa çatdıqdan sonra bu “bütün qapılar arasında ən möhtəşəm olacaq”.
Əvvəlcə "The Washington Post" qəzeti xəbər vermişdi ki, Tramp administrasiyası hesab edir ki, ölkənin 250 illiyi münasibətilə hündürlüyü 250 fut (təxminən 76 m) olacaq Triumf Qapısının tikintisi üçün Konqresin təsdiqinə ehtiyac yoxdur. Qəzetin məlumatına görə, Ağ Ev layihənin qanuniliyini 1925-ci ildə Konqres tərəfindən təsdiqlənmiş Arlinqton Milli Qəbiristanlığında memorial kompleksin tikintisi planına əsaslandırmağı nəzərdə tutur.
Bizimyol.info






