"Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib.
Bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb. "Ulduzlar sönür, ya yox -- bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə..." -- baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşını haqqında bunları yazıb.
Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.






