Çin Xalq Respublikasının sədri Si Cinpinq 8–9 iyun tarixlərində Şimali Koreyaya dövlət səfəri edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Xinhua" xəbər agentliyi Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Şimali Koreya Əmək Partiyasının Baş Katibi və Şimali Koreya Dövlət İşləri Komitəsinin sədri Kim Çen Inin dəvəti ilə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Çin Xalq Respublikasının sədri Si Cinpinq 8–9 iyun tarixlərində Şimali Koreyaya dövlət səfəri edəcək”, - deyə məlumatda qeyd edilib.
Hazırda səfərin digər detalları və proqramı açıqlanmayıb.






