Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqləyib
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqləyib

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə dəstək göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, qanun layihəsi üçün 226 konqresmen səs verib, 195 nəfər əleyhinə çıxıb.

Layihəyə əsasən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyət, Rusiyanın sülh sazişinin şərtlərini pozub-pozmaması və ya sülh danışıqlarına ciddi yanaşmaması mütəmadi olaraq qiymətləndiriləcək. Qanun layihəsi çərçivəsində cəzalandırıcı tədbirlər kimi Rusiya rəsmiləri, maliyyə təşkilatları, neft-qaz sektoru, kömür və mədən sənayesi üçün əlavə sanksiyalar tətbiq olunacaq, həmçinin Rusiya məhsul və xidmətlərinə gömrük rüsumları ən azı 500%-dək artırılacaq.

Bundan əlavə, qanun layihəsi çərçivəsində 2026 və 2027 maliyyə illərində Ukraynaya hərbi yardım olaraq 300 milyon dollar ayrılması nəzərdə tutulub.

Layihənin müəllifi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin baş demokrat üzvü Qreqori Miksdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »