Avropa İttifaqı Ukraynadakı münaqişənin həllində kömək edə bilər, lakin bu, Rusiya və ABŞ arasında Ankorc şəhərində əldə olunmuş razılaşmalar çərçivəsində olmalıdır.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuatla təşkil olunmuş görüşdə bildirib.
“Düşünürəm ki, həqiqətən, Avropa İttifaqı Ukrayna münaqişəsinin həllinə kömək edə bilər. Mənim fikrimcə, bu, Ankorcdakı razılaşmalar çərçivəsində olmalıdır və Ukrayna tərəfi bunu çox yaxşı bilir. Mən bir daha demək istəyirəm ki, o zaman (Ankorcdan əvvəl) Rusiyaya sual qoyulmuşdu – Rusiya bir sıra kompromislərə getməyə hazırdırmı? Ankorcdakı görüşdə ABŞ Prezidenti ilə görüşdüyüm zaman dedim ki, biz hazırıq və bu kompromislərin və razılaşmaların nə cür ola biləcəyini açıqladım,” – deyə Putin bildirib.
Putin əlavə edib ki, əsas məsələ Ukrayna tərəfinin bu kompromisləri qəbul etməyə hazır olub-olmamasıdır.
Bizimyol.info






