Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Ermənistana Rusiyanın iqtisadi təzyiqlərini aradan qaldırmağa çalışır
Avropa İttifaqı Ermənistana Rusiyanın iqtisadi təzyiqlərini aradan qaldırmağa çalışır

Avropa İttifaqı Ermənistan hökuməti və ölkədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək, Ermənistanın Rusiya tərəfindən göstərilən iqtisadi təzyiqləri dəf etməsinə yardım edir.

Bizimyol.info xəbər verir ki, "Armenpress"in verdiyi məlumata görə, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinye Beynəlxalq Ticarət Mərkəzinin Ermənistanlı ixracatçılarla təşkil etdiyi görüşdə bildirib.

“Biz, Avropalılar, Ermənistan Respublikası hökuməti və ölkədə fəaliyyət göstərən şirkətlərlə əl-ələ verərək sizlərin bu gün üzləşdiyiniz təzyiqi aradan qaldırmağa çalışırıq”, — deyə Olivye Dekotinye vurğulayıb. Səfirin sözlərinə görə, bu, son dövrlərdə Rusiya tərəfindən Ermənistan məhsullarının idxalına tətbiq olunan məhdudiyyətləri nəzərdə tutur.

O əlavə edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında ixracın Avropa bazarına çıxarılması və məhsulların Avropada cəlbediciliyinin artırılması ilə bağlı praktiki məsələlər, o cümlədən logistika məsələləri müzakirə olunur.

“Avropa İttifaqı və ya sizin Avropada olan dostlarınız sizdən seçim etməyinizi tələb etmir. Biz etibarlı tərəfdaşıq, təzyiq göstərmirik, hədələmirik; biz yardım edirik və istəyirik ki, Ermənistanın dünyanın ən böyük iqtisadi şəbəkəsi olan Avropa İttifaqı ilə iqtisadi münasibətləri inkişaf etsin və sizə təhlükəsizlik təmin etsin”, — deyə səfir vurğulayıb.

Son dövrlərdə Rusiya Ermənistan məhsullarının idxalına dövri məhdudiyyətlər tətbiq edir. Belə ki, Rusiya Ermənistan gülünü, “Cermuk” mineral suyunu, bəzi spirtli içkiləri və balıq məhsullarını idxal etməyə qadağa qoyub. Məhdudiyyətlər həmçinin meyvə və tərəvəz idxalına da şamil olunub.

4 iyun tarixində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş Naziri Nikol Paşinyanla telefon danışığı apararaq, Rusiya tərəfindən iqtisadi təzyiqlər fonunda Ermənistana dəstək üçün xüsusi paket hazırladığını və bu çərçivədə ölkəyə 50 milyon avro ayrılacağını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »