Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »