Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ədliyyə Nazirliyi Fransanın "X" platformasına qarşı istintaqına dəstək verməkdən imtina edib
ABŞ Ədliyyə Nazirliyi Fransanın "X" platformasına qarşı istintaqına dəstək verməkdən imtina edib

ABŞ Ədliyyə Nazirliyi Fransanın hüquq-mühafizə orqanlarına "X" sosial şəbəkəsinə qarşı aparılan istintaqda yardım göstərməyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb və qeyd edib ki, Nazirliyin beynəlxalq əlaqələr idarəsinin məktubu onların ixtiyarına keçib.

Məktubda bildirilir ki, Fransa 2026-cı ildə üç dəfə ABŞ-dan kömək istəyib, lakin Vaşinqton bu müraciətləri “ABŞ-ı siyasi motivli cinayət prosesinə cəlb etmək cəhdi” kimi qiymətləndirib. ABŞ qurumu Fransanı “fikir və rəylərin sərbəst mübadiləsi üçün nəzərdə tutulmuş ictimai platformanın fəaliyyətinə nəzarət etmək məqsədilə cinayət ədliyyə sistemindən istifadə etməyə çalışmaqda” ittiham edib.

Fevral ayında Paris prokurorluğu "X" ofislərində axtarış aparıldığını açıqlayıb. Əməliyyat Europol və Fransa jandarmeriyasının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə həyata keçirilib. "Agence France-Presse"nin məlumatına görə, bu addım 2025-ci ilin yanvarında platformanın alqoritmləri ilə bağlı şikayətlər əsasında başlanmış istintaq çərçivəsində atılıb.

Araşdırma həmçinin "X" platformasına inteqrasiya olunmuş "Grok" çatbotunun fəaliyyəti ilə də bağlıdır. Şikayətlərdə Holokostun inkarı ilə əlaqəli materialların yayılması və süni intellektlə yaradılmış seksual xarakterli görüntülərin paylaşılması məsələləri yer alır.

Paris prokurorluğu İlon Mask və sosial şəbəkənin sabiq baş direktoru Linda Yakkarinonu aprelin 20-nə təyin edilmiş dindirilməyə çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »