Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Prezidenti İraqa ABŞ və İsrailə qarşı dəstəyinə görə təşəkkür edib
İran Prezidenti İraqa ABŞ və İsrailə qarşı dəstəyinə görə təşəkkür edib

İran Prezidenti Məhsud Pezeşkian İraq xalqına və hökumətinə ABŞ və İsraillə münaqişədə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“İraqın müsəlman xalqı bu ədalətsiz müharibədə İrana igidliklə dəstək olub. Bu dəstək coğrafi yaxınlıqdan deyil, ortaq tarix, kimlik və dini dəyərlərdən qaynaqlanır. Mən iraqlılara, rəsmi şəxslərə və döyüşçülərə səmimi təşəkkürümü bildirirəm”, - deyə prezident paylaşımında qeyd edib.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İranla müharibəyə başlayıb. Hücumlar İranda, o cümlədən paytaxt Tehran daxil olmaqla iri şəhərlərə yönəldilib. İran İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək İsraili hədəf alıb. Eyni zamanda ABŞ-ın hərbi obyektləri Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərbələrə məruz qalıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »