Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail müdafiə naziri İran Dəniz Qüvvələri komandanının öldürülməsini təsdiqləyib
İsrail müdafiə naziri İran Dəniz Qüvvələri komandanının öldürülməsini təsdiqləyib

Bu gün İsrailin müdafiə naziri İsrael Katz əməliyyat vəziyyətinin qiymətləndirilməsi məqsədilə iclas keçirib. İclasa Baş Qərargahın müavini general-mayor Amir Baram, general-mayor Tamir Yadai, hərbi kəşfiyyat (AMAN) rəhbəri general-mayor Şlomi Binder, həmçinin Operativ İdarənin rəhbəri general-mayor Hedi Zilberman və digər yüksək rütbəli komandirlər qatılıb.

Bizimyol.info xəbər verir ki, iclas zamanı müdafiə naziri yüksək rütbəli İran komandirinin məhv edildiyini açıqlayıb.

“Dünən gecə İsrail Müdafiə Qüvvələri dəqiq planlaşdırılmış əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Dəniz Qüvvələri komandanı Tanqsirinin fəaliyyətini dayandırdı və təşkilatın digər dəniz rəhbərləri də məhv edildi. Bu şəxs terror fəaliyyətlərinə, o cümlədən Hörmüz boğazında gəmiçilik fəaliyyətinin pozulması və partladılmasına birbaşa cavabdeh idi. Bu, İİKK rəhbərlərinə açıq mesajdır: İsrail Ordusu sizi təqib etməyə davam edəcək və hər birinizi mərhələli şəkildə neytrallaşdıracaq”, – deyə İsrael Katz vurğulayıb.

Nazir həmçinin əməliyyatın beynəlxalq əhəmiyyətini qeyd edib və bunu ABŞ tərəfdaşları üçün vacib hadisə adlandırıb. Onun sözlərinə görə, İsrail ordusunun fəaliyyəti Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsinə xidmət edir. Katz əlavə edib ki, bu, ABŞ prezidenti Donald Tramp ilə baş nazir Binyamin Netanyahunun strateji əməkdaşlığının və iki ölkənin silahlı qüvvələrinin sıx əlaqəsinin göstəricisidir.

Bundan əlavə, nazir İsrail hərbçisinin həlak olması ilə bağlı başsağlığı verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »