ABŞ Müdafiə Nazirliyi (Pentagon) ABŞ və İsrailin İran əleyhinə başladığı hərbi əməliyyatlarda döyüşləri sona çatdırmaq məqsədilə “böyük son zərbə” hazırlığında olduğu iddia edilir.
Vizimyol.info xəbər verir ki, "Axios" portalının iki ABŞ rəsmisi və iki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ ilə İran arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, “hərbi gərginliyin” artması gözlənilir.
Adları açıqlanmayan mənbələr Pentagonun İran üçün “son zərbə” hazırlığında olduğunu bildiriblər. Mənbələr qeyd ediblər ki, bu hazırlıq çərçivəsində İranın strateji əhəmiyyətli Hark, Larak, Ebu Musa və digər adalarının işğalı, həmçinin Hörmüz Boğazının şərqində İran neftini daşıyan gəmilərin blokadaya alınması kimi variantlar nəzərdən keçirilir.
Bildirilir ki, bəzi ABŞ rəsmiləri döyüşləri sona çatdırmaq üçün “əzici güc nümayişi”nin danışıqlarda ABŞ-a daha çox təzyiq gücü verəcəyini düşünür.
Danışıqlar haqqında məlumatlı bir mənbə deyib ki, Türkiyə, Pakistan və Misir tərəflər arasında görüşlər təşkil etmək üçün səylərini davam etdirir. Mənbə əlavə edib ki, İran ABŞ-ın ilkin tələblərini rədd edib, amma danışıqlardan tam çıxmayıb.
ABŞ-ın Ağ Evinin sözçüsü Karoline Leavitt dünən bildirib ki, ABŞ və İran arasında danışıqlar davam edir və “Prezidentin (Donald Tramp) hər zaman seçimi sülh tərəfdarıdır, amma İran hərbi baxımdan məğlub olduqlarını qəbul etməsə, ABŞ Prezidenti onların əvvəllər heç vaxt olmadığı qədər sərt vurulacaqlarından əmin olacaq”.
İsrail və ABŞ 28 fevralda İranla Vaşinqton arasında danışıqlar davam edərkən İran əleyhinə hərbi əməliyyatlara başlayıblar.
İran da İsrailə və ABŞ-ın qərargahlarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi bəzi region ölkələrində hədəflərə hücum edərək cavab verib.
Bizimyol.info






