Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 10 mindən çox hərbi hədəf vurulub - Mərkəzi Komandanlıq
İranda 10 mindən çox hərbi hədəf vurulub - Mərkəzi Komandanlıq

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İrana aid 10 mindən çox hərbi hədəfin vurulduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Komandanlığın "X" sosial media hesabında, admiral Brad Kooperin İrana yönəlmiş əməliyyatların son vəziyyətinə dair görüntülü mesajı paylaşılıb.

Kooper əməliyyatın dördüncü həftəsində olduqlarını qeyd edərək, hərbi hədəfləri vurmaqda planın gerisində qalmadan hətta önündə olduqlarını bildirib.

Admiral qeyd edib ki, ABŞ qüvvələri 10 mindən çox hərbi hədəfi məhv edib: “Əslində, İrana aid 10 mininci hədəfi yalnız bir neçə saat əvvəl vurduq”, - deyə o qeyd edib.

Kooper, İran hərbi gəmilərinin onilliklər boyu regional sularda fəaliyyət göstərərək qlobal dəniz ticarətini təhlükəyə atdığını iddia edib. Lakin indi həmin dövrün arxada qaldığını, çünki İran donanmasının ən böyük gəmilərinin 92%-nin məhv edildiyini bildirib.

Bu gəmilərin artıq dənizə çıxa bilmədiyini vurğulayan Kooper: “Əməliyyat qiymətləndirməmə görə, İran artıq bölgədə dünya miqyasında dəniz gücünü və təsirini ciddi şəkildə nümayiş etdirmək imkanını itirib”, - deyə əlavə edib

Admiral həmçinin bildirib ki, İranın pilotsuz uçuş aparatları (İHA) və raket atışlarının sayı 90%-dən çox azalıb ki, bu da “İranın ABŞ qüvvələrinə və regional qonşulara hücum qabiliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi” anlamına gəlir.

Qeyd olunur ki, İsrail və ABŞ Təhra ilə Vaşinqton arasında danışıqlar davam edərkən, 28 fevralda İrana hərbi hücum başlayıb.

İran isə İsrail və ABŞ-ın yerləşdiyi bəzi region ölkələrində – Qətər, BƏƏ, Bəhreyn – hədəflərə hücumla cavab verib.

ABŞ-İsrail hücumlarında sabiq İran lideri Əli Xameneyi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »