Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəhreyn və Küveyt hava məkanını yenidən bağladı — məhdudiyyətlər uzadıldı
Bəhreyn və Küveyt hava məkanını yenidən bağladı — məhdudiyyətlər uzadıldı

Bəhreyn və Küveytin aviasiya nəazrət edən hakimiyyət orqanları ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatla əlaqədar fevralın 28-dən qüvvədə olan hava məkanının bağlanması rejimini yenidən uzadıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata hava hərəkətinin idarə olunması xidmətlərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Bəhreyn və Küveyt üzərində uçuşlar ən azı daha 12 saat — ümumdünya vaxtı ilə saat 16:00-dək (20:00) qadağan ediləcək. O qeyd edib ki, Bəhreyn paytaxt Manamadakı hava limanından qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa marşrut üzrə yalnız xüsusi icazə ilə bəzi uçuşlara imkan verir.

Hazırda İran və İraq üzərində hava məkanı tam bağlıdır. Qətər gün ərzində yalnız bir neçə saatlıq uçuşlara icazə verir. BƏƏ və Suriya üzərində hava məkanı qismən açıqdır, İsraildə isə uçuşlar vaxtaşırı dayandırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »