Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına zərbə endirdiyini iddia edir
İran ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına zərbə endirdiyini iddia edir

İran ABŞ-ın “USS Abraham Lincoln” (CVN‑72) aviadaşıyıcısına zərbə endirildiyini və onun qismən sıradan çıxarıldığını iddia edib. Bildirilir ki, bundan sonra gəmi ABŞ-a doğru istiqamət alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı”nın nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-a məxsus “USS Abraham Lincoln” (CVN‑72) aviadaşıyıcısı İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri tərəfindən vurulub və döyüş qabiliyyətinin bir hissəsini itirib. İran dövlət televiziya və radiosu nümayəndənin sözlərini sitat gətirərək xəbər yayıb. İran Silahlı Qüvvələri həmçinin bildiriblər ki, aviadaşıyıcı artıq Fars körfəzi bölgəsini tərk edərək ABŞ-a doğru hərəkət edir.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar ölkənin ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehrana da yönəlib.

Ağ Ev bu hücumları İranın guya raket və nüvə təhlükəsi yaratması ilə əsaslandırıb. Zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xameneinin və ölkə rəhbərliyindəki bəzi digər əsas fiqurların həlak olduğu bildirilib.

Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladığını elan edərək İsrailə zərbələr endirib. Bundan əlavə, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərinin də hücuma məruz qaldığı qeyd olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »