Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Tehranda İİKK Hərbi Hava Qüvvələri idarəetmə mərkəzinə zərbə vurub
İsrail ordusu Tehranda İİKK Hərbi Hava Qüvvələri idarəetmə mərkəzinə zərbə vurub

İsrail Müdafiə Qüvvələri (İMQ) Tehranda İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Hərbi Hava Qüvvələri idarəetmə mərkəzinə zərbələr endirdiklərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu mərkəz hava vəziyyətinin qiymətləndirilməsi və İranın hava məkanının müdafiəsinə cavabdehdir.

“İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirib. Bu zərbələrdən biri İİKK Hərbi Hava Qüvvələri idarəetmə mərkəzinə yönəldilib və mərkəz Tehranda hava hücumundan müdafiə sistemlərinin əsas komanda nöqtəsi kimi fəaliyyət göstərirdi”, - deyə İMQ mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Bundan əlavə: “İsrail Hərbi Hava Qüvvələri bu bölgədə hava hücumundan müdafiə sistemləri, komanda mərkəzləri və hərbi ehtiyat anbarlarına da zərbələr endirib”, - deyə açıqlamada qeyd olunur.

Qadir. Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »