Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çin bilir ki, ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar onların neft alışının qarşısının alınması, məhz Çin iqtisadiyyatını hədəf alıb"
"Çin bilir ki, ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar onların neft alışının qarşısının alınması, məhz Çin iqtisadiyyatını hədəf alıb"

ABŞ Maliyyə naziri Scott Bessent Çin rəhbərliyi ilə keçiriləcək danışıqlarda Pekinin Rusiya neftindən alışını azaltması məsələsini gündəmə gətirməyi planlaşdırır. Bildirilir ki, o, Çin tərəfini İran neftindən də imtina etməyə razı salmaq və bunun əvəzində ABŞ-dan daha çox neft və qaz almağa təşviq etmək niyyətindədir. Danışıqlarda həmçinin Boeing təyyarələrinin və soya məhsullarının tədarükünün artırılması, eləcə də Çinin nadir torpaq elementlərinə tətbiq etdiyi ixrac məhdudiyyətlərinin yumşaldılması kimi məsələlərin müzakirəsi gözlənilir.

  • ABŞ bu danışıqlarla Çinin enerji siyasətini dəyişdirə biləcəkmi, yoxsa Pekin Rusiya və İranla əməkdaşlığı davam etdirəcək?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və Çin arasında keçiriləcək enerji məsələləri üzrə danışıqlarda, Amerika Birləşmiş Ştatları çalışır ki, Rusiya iqtisadiyyatına zərbə vursun: “Məhz Çin Rusiya və İrandan ucuz neft alır. Bunlar kifayət qədər ucuzdur. Bu da Çin iqtisadiyyatına stimul verir”.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“İranla bağlı artıq məsələlər ciddiləşir. İrandan Çinə neft ixracında ciddi problemlər yaranıb. Rusiya nefti ilə bağlı məsələyə gəldikdə, Çin ABŞ-dan ucuz neft almaya bilər. Amma çıxılmaz vəziyyətlə də üzləşə bilər. Təbii ki, burada qarşılıqlı kompromislər, güzəştlər də müzakirə olunacaq. Çünki tərəflərin bir-birinə qarşı tətbiq etdiyi gömrük və vergi tarifləri də da var. Bu məsələlərdə də orta məxrəcə gəlməsi lazımdır.

Hind-Sakit okean priferiyasında Tayvanla bağlı fikir ayrılıqları var. Çin bilir ki, ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar onların neft alışının qarşısının alınması, məhz Çin iqtisadiyyatını hədəf alıb. Venesuela ilə bağlı məsələ artıq həll olunub. Çünki Çin, Venesuelanın da kifayət qədər ucuz neft alırdı.

Çin tərəfi Rusiya ilə əməkdaşlıq edəcək. İndi ABŞ çalışır ki, Çin öz tərəfinə çəkisin. Bu danışıqlarda həll olunacaq. Çünki SSRİ vaxtında Çini öz tərəfinə çəkə bilmişdi. Eyni siyasəti tətbiq edəcək, amma şərtlər dəyişib”-deyən politoloq qeyd edib ki, əgər Çin Amerika Birləşmiş Ştatları ilə bir çox məsələlərdə güzəşt əldə etsə, Rusiya ilə bağlı müəyyən ortaq fikrə gələ bilərlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »