Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ruben Vardanyan törətdiyi cinayətlərin müqabilində layiqli cəzasını alıb, məhkəmənin qərarına hörmətlə yanaşırıq"
"Ruben Vardanyan törətdiyi cinayətlərin müqabilində layiqli cəzasını alıb, məhkəmənin qərarına hörmətlə yanaşırıq"

Ermənistan vətəndaşı Ruben Vartanyan barəsində Bakı Hərbi Məhkəməsində açıq keçirilən proses üzrə yekun hökm elan olunub. Vartanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun ömürlük həbsini istəsə də, məhkəmə yekun olaraq 20 illik cəza təyin edib.

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni separatçılar üzərində məhkəmə prosesi yekunlaşıb, artıq onlara, o cümlədən Ruben Vartanyana da hökm oxunub: “Ruben Vartanyan barəsində Bakı Hərbi Məhkəməsində yekun hökm oxunub. Ona 20 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib. Ruben Vartanyan törətdiyi cinayətlərin müqabilində layiqli cəzasını alıb. Hələ daha sərt cəza almalıydı. Məhkəmə hansı qərarı, hansı hökmü verirsə, biz ona hörmətlə yanaşırıq”.

"Böyük Azərbaycan" Partiyasının sədri, politoloq Elşad Musayev Elşad Musayev

Elşad Musayev bildirib ki, bu qərar regionda və dünyada elə bir rezonansa səbəb olmayacaq: “Azərbaycan əvvəlki kimi zəif, müdafiəsiz durumda deyil. Azərbaycan dövlət olaraq indi bu bölgənin aparıcı lider dövlətidir. Azərbaycanın kifayət qədər iqtisadi, siyasi, hərbi potensialı var. Eyni zamanda, Azərbaycan qardaş Türkiyə kimi müttəfiqi var və Azərbaycan bir sıra ölkələrlə strateji tərəfdaşlıq sazişi imzalayıb. Bizim Pakistanla yaxşı münasibətlərimiz var. Hərbi baxımdan güclü dövlətdir. İsrail hərbi baxımdan güclü dövlətdir, onlarla bizim yaxşı əlaqələrimiz var. Avropa İttifaqına daxil olan ölkələrin müəyyən qədər Azərbaycana qarşı ayrı-seçkilik siyasəti olsa da, hər halda Azərbaycan orada olan bir sıra ölkələrlə əməkdaşlıq edirik. Azərbaycan dünyanın aparıcı super gücü Amerika Birləşmiş Ştatları ilə son dövrlər çox sıx əlaqələr qurub”.

“Əvvəlki dövrlər olsa, Vartanyanın həbsi ilə bağlı böyük ajiotaj yaranardı, bu gün heç bir ajiotaj yoxdur və Vartanyan da cəzasını çəkməlidir”-deyə Elşad Musayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »