Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan ABŞ sanksiyaları altındakı üç İran tankerini ələ keçirdi
Hindistan ABŞ sanksiyaları altındakı üç İran tankerini ələ keçirdi

Hindistan bu ay ABŞ sanksiyaları altında olan və İranla əlaqələndirilən üç neft tankerini müsadirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbə "Reuters" agentliyinə məlumat verib və Hindistan rəsmilərinin "X" sosial şəbəkəsində daha əvvəl yayımlanıb sonradan silinmiş paylaşımını təsdiqləyib.

Mənbənin sözlərinə görə, Yeni Dehli qeyri-qanuni neft ticarətinin qarşısını almaq məqsədilə öz dəniz zonasında nəzarət və monitorinqi gücləndirib. Xüsusilə neftin mənşəyini gizlətmək üçün istifadə edilən “gəmidən-gəmiyə” (ship-to-ship) yükləmə əməliyyatlarına diqqət artırılıb. Hindistan hakimiyyəti bu cür sxemlərin ölkənin ərazi sularında və müstəsna iqtisadi zonasında tətbiq oluna biləcəyindən ehtiyat edir.

Gəmilərin ələ keçirilməsi və nəzarət tədbirlərinin sərtləşdirilməsi Hindistanla ABŞ arasında münasibətlərin yaxşılaşdığı dövrə təsadüf edir. Daha əvvəl Vaşinqton Yeni Dehlinin Rusiya neftinin idxalını dayandırmağa razılaşmasından sonra Hindistan mallarına tətbiq edilən idxal rüsumlarını 50 faizdən 18 faizə endirdiyini açıqlamışdı.

Mənbə bildirib ki, "Stellar Ruby", "Asphalt Star" və "Al Jafzia" adlı üç tanker sahilyanı dövlətlərin diqqətindən yayınmaq üçün adlarını mütəmadi dəyişib. Onların sahiblərinin Hindistandan kənarda yaşadığı qeyd olunur.

Eyni zamanda, İranın dövlət mediası İran Milli Neft Şirkəti-nə istinadən bəyan edib ki, həmin gəmilərin şirkətlə heç bir əlaqəsi yoxdur və nə yüklər, nə də tankerlər bu quruma məxsus olub.

Hindistan rəsmiləri daha əvvəl fevralın 6-da ölkənin müstəsna iqtisadi zonasında şübhəli fəaliyyət aşkar edildikdən sonra Mumbaydan təxminən 100 dəniz mili qərbdə üç gəminin saxlanıldığını bildirmişdilər. Sonradan bu məlumat silinsə də, mənbə tankerlərin araşdırma aparılması üçün Mumbay limanına gətirildiyini təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »