Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və Tramp NATO çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətləri müzakirə ediblər
Ərdoğan və Tramp NATO çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar Ankaradakı Beştəpə Prezident Kompleksində başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankaraya gəlib. Onu hava limanında şəxsən Prezident Ərdoğan qarşılayıb. Dövlət başçıları arasında ilk qısa görüş də məhz hava limanında keçirilib.

Türkiyə KİV-lərinin məlumatına görə, danışıqların gündəliyinə Ukrayna münaqişəsinin nizamlanması və danışıqlar prosesinin Türkiyə platformasında bərpası, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən Türkiyənin milli KAAN qırıcısı üçün 700 milyon dollar dəyərində mühərrik tədarükü, ABŞ-ın CAATSA sanksiyalarının ləğvi və Ankaranın "F-35" qırıcılarının istehsalı proqramına qaytarılması məsələləri daxildir.

Bundan əlavə, tərəflərin iqtisadi əməkdaşlığın genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması imkanlarını da müzakirə edəcəyi bildirilir.

Beştəpədə keçirilən ikitərəfli görüşdən sonra Donald Tramp NATO liderlərinin sammitə start verəcək rəsmi şam yeməyinə qatılacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »