Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ Avropadakı bütün qoşunlarını çıxara bilər
Tramp: ABŞ Avropadakı bütün qoşunlarını çıxara bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Avropanın yanaşmalarını nəzərə alaraq qitədəki bütün hərbi qüvvələrini çıxara biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə Ankarada NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ lideri Qrenlandiya məsələsinə toxunaraq, Avropanın adanın suverenliyinin ABŞ-a verilməsi ilə bağlı Vaşinqtonun mövqeyinə qarşı çıxmasını sərt tənqid edib.

“Onlar buna razı olmadılar. Rusiya ilə bağlı onlara kömək etmək üçün xərclədiyimiz bütün pulları nəzərə alsaq, əslində heç bir vəsait xərcləməyə məcbur deyilik. Biz Avropadakı bütün əsgərlərimizi çıxara bilərik. Çünki yəqin ki, siz də görürsünüz, Avropa 20 il əvvəlki vəziyyətdən tamamilə fərqlənir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti Avropaya miqrasiya və enerji siyasəti ilə bağlı da xəbərdarlıq edib.

“Avropa bu iki məsələdə daha diqqətli olmalıdır. Əgər miqrasiya və enerji sahəsində daha ehtiyatlı davranmasa, Avropa artıq əvvəlki kimi olmayacaq”, – deyə Tramp vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »